İki ölkənin polisləri azərbaycanlını axtarışa verdi - Foto

Rusiya və Ukrayna hüquq-mühafizə orqanları öz həmyerlisini qətlə yetirən 45 yaşlı azərbaycanlı haqda axtarış elan edib.

APA-nın Rusiya bürosunun məlumatına görə, hüquq-mühafizə orqanlarının axtarışa verdiyi şəxs 1968-ci il təvəllüdlü Sabirabad sakini Əsgərov Sahib Yusif oğludur. O, avqustun 4-də Ukraynanın Xarkov vilayətində, "at bazarı" adlanan ərazidə 21 yaşı həmyerlisinə bıçaqla ürək nahiyəsindən çoxsaylı xəsarətlər yetirərək onu öldürüb və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, qətlə yetirilən 21 yaşlı azərbaycanlı Xarkova öz qohumlarının yanına qonaq gəlib. Araşdırmalar nəticəsində o da bəlli olub ki, Əsgərov Sahib Yusif oğlu Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarılırmış.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayəşt işi açılıb, araşdırma aparılır.

AzNews.az