Qərbi Azərbaycanda avtoqəza

Qərbi Azərbaycan əyalətində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın "Oyannews"a istinadən məlumatına görə, hadisə yerli vaxtla səhər saat 10:30-da olub. Belə ki, Ağdərə kəndindən Tikab (Tikantəpə) şəhərinə sərnişin daşıyan mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Qəzaya yüksək sürətin səbəb olduğu deyilir.

AzNews.az