700 hektar meşə massivi yandı

Türkiyənin Hatay vilayətində ara verməyən yanğınlar nəticəsində 700 hektar meşə massivi yanıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "CNN Türk" telekanalı xəbər yayıb.

Hatayda meşə yanğınları avqustun beşində başlayıb və bu günədək davam edir. Yanğının söndürülməsinə yanğınsöndürən maşınlar, dörd helikopter və üç təyyarə cəlb olunub.

Türkiyədə ötən ayın sonundan meşə yanğınları davam edir. Bundan əvvəl Muğla və Balıkəsir meşələrində iri yanğınlar baş vermişdi.

AzNews.az