Prezidentin müəllimi vəfat etdi

Rusiya prezidenti Vladimir Putinin cüdo müəllimi 76 yaşlı Anatoli Raxlin vəfat edib. Putin öz müəllimi barədə danışarkən onu "həyatında vacib rol oynayan şəxs" kimi təqdim edib. Cüdo Federasiyası Anatoli Raxlinin vəfatından kədərləndiyini bildirən bəyanatla çıxış edib. Raxlin 1964 –cü ildə Arkadi Rotenberq, Valentin Stepanov, Nikolay Kononov, Vasili Şestakov və Vladimir Putindən ibarət komanda yaradıb. Putin bu komandanın ən fəal üzvlərindən biri olub.

Elnarə
AzNews.az