İran prezidentindən daha bir təyinat

İranın yeni prezidenti Həsən Ruhani tanınmış islahatçı siyasətçi Eşaq Cahangirini özünün baş müavinlərindən biri təyin edib.

AzNews.az-ın "Amerikanın səsi"nə istinadən verdiyi məlumata görə, İranın Dövlətə məxsus televiziyası prezidentin sənaye və mədən naziri Cahangirini birinci vitse-prezident vəzifəsinə seçdiyi ilə bağlı məlumat yayıb.

Cənab Ruhani kabinet üzvlərinin adlarını parlamentə təqdim edib. Adları təqdim edilən siyasətçilərin hamısı kişidir.

Onların çoxu islahatçıdır, bəziləri keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani dövrü hökumətdə təmsil olunub.

Bu adlar arasında xarici işlər naziri vəzifəsinə Cavad Zərif və ədliyyə naziri vəzifəsinə nominasiya edilmiş Mustafa Purməhəmmədi diqqəti daha çox cəlb edir.

Zərif İranın BMT-dəki keçmiş səfiri olub, ingilis dilində sərbəst danışır və həyatının böyük hissəsini Birləşmiş Ştatlarda yaşayıb. Bəzi insan hüquqları qrupları Pirməhəmmədini İranda siyasi məhbusların qətlləri ilə əlaqədar olduğunu bildirir.

AzNews.az