Erməni baş nazir belə görüntüləndi- VİDEO


Ermənistanın baş naziri Tiqran Sarkisyan gənclər üçün təşkil edilən düşərgədəki hərəkəti ilə hamını təəccübləndirib. Sevan gölünün sahilində yaradılan düşərgəyə gələn nazir burada gənclərə sürpriz edərək gitarada çalıb və oxuyub.

Əvvəlcə düşərgədəki vəziyyətlə tanış olan baş nazir sualları cavablandırıb, daha sonra isə gənclərlə bərabər oxuyub.

Bununla kifayətlənməyən baş nazir əlinə gitaranı götürərək oxumağa başlayıb və bu hərəkəti ilə hamını təəcübləndirib.



Elnarə
AzNews.az