PKK-nın ilk qadın lideri: “Bizim Kürdüstan kimi strategiyamız yoxdur“

1 ay əvvəl PKK-da heç kəsin gözləmədiyi hadisə baş verib.

PKK-nın rəhbəri olan Murat Karayılan KCK konsey başqanlığından geri çəkilməli olub. Onun yerinə isə Cemil Bayık və Bese Hozat gətirilib.

Beləliklə də Hozat KCK-nın başına keçən ilk qadın olub.

AzNews.az xəbər verir ki, əsl adı Hülya Oran olan bu qadın ilk dəfə olaraq "Sabah" qəzetinə müsahibə verib.

Hozat bildirib ki, müharibə maddi-mənəvi itkilərə yol açır: "Bu bölgə buna layiq deyil. Nə kürtlər, nə farslar, nə türklər, nə ərəblər. Ona görə də ciddi bir demokratiya mübarizəsi aparılmalıdır. Bu təkcə kürdlərin mübarizəsi yox, bütün Türkiyə xalqlarının mübarizəsi olmalıdır".

Hazırda həbsdə olan Abdullah Öcalanın səhhətində ciddi problemlərin olduğunu deyən KCK rəhbəri bildiriib: "Bizə bölücü deyənlər yanılırlar. Bizim müstəqil Kürdüstan kimi strategiyamız yoxdur. Bu iş sadəcə Türkiyə ilə olsaydı çoxdan həll edərdik. Amerika və Avropa da kürd probleminin həll edilməsini istəmir. Çünki bölgədəki siyasətlərini Türkiyə üzərindən icra edirlər".

Unitar dövlər daxilində kürdlərin özünüidarəsinin bölücülüklə heç bir əlaqəsi olmadığını deyən KCK lideri muxtariyyat istədiklərini vurğulayıb.

Elnarə
AzNews.az