Ermənistanda təhsil haqqı artırılır

Ermənistan ali təhsill müəssisələrində təhsil haqqlarının artırılması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Anspress xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Ermənistanda gənclər alt komitəsinin toplantısı keçirilib. Toplantıda çıxış edən adıçəkilən komitənin üzvü Arman Kazaryan bildirib ki, ali təhsill müəssisələrində təhsil haqqlarının artırılması Ermənisatanda ali təhsil müəssisələrinin dünya səviyyəsində rəqabət qabliyyətini azaldacaq. O, ali təhsill müəssisələrində təhsil haqqlarının artırılmasıdan cox narahatdır.

"Təhsil haqqlarının artırılması ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayına da öz mənfi təsirin göstərəcək. Bəzi tələbələr təhsil haqqlarını odəyə bilməyəcək, bu isə cox ciddi faktır" - deyə o bildirib.

Gənclər alt komitəsinin sədri Ripsim Marqaryan isə bildirib ki, təhsil haqqlarının artırılması ilə bağlı narahatçılığa heç bir əsas yoxdur: "Cünki bu il dövlət tələbələr üçün nəzərdə tutulan güzəştli sosial paketlərin məbləğini artıracaq və bu artım yalnız təhsil haqqı ödəyən tələbələr şamil olunacaq. Eyni zamanda artım müəllimlərin əmək haqqlarının artmasına gətirib cıxaracaq".


AzNews.az