- Köhnə - Region
- 11 Avqust 2013 21:00
- 2 878
Əsir düşən erməni əsgərin görmə qabiliyyəti zəifdir - Açıqlama
Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvləri Azərbaycan tərəfinə əsir düşən 22 yaşlı erməni hərbçisi ilə görüşüb. AzNews.az xəbər verir ki, bu barədə erməni mətbuatı əsir düşən Akop İnciqulyanın əmisi Norik İnciqulyana istinadən məlumat yayıb.
N.İnciqulyan bildirib ki, əsirin vəziyyəti yaxşıdır: "Hələlik başqa məlumat yoxdur. Yəqin ki, həftənin ilk iş günlərində bizə ətraflı məlumat veriləcək".
N. İnciqulyan qardaşı oğlunun görmə qabiliyyətinin az olduğunu və əsgərin bundan əziyyət çəkdiyini də vurğulayıb.
Qeyd edək ki, əsgər, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan avqustun 7-dən 8-nə keçən gecə saat 3 radələrində azaraq Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.
Elnarə
AzNews.az