Zəncanda kütləvi etiraz aksiyası


Güney Azərbaycanın Zəncan şəhərində kütləvi etiraz aksiyası keçirilib. Zəncan valiliyinin binası qarşısına keçirilən aksyada yerli sakinlər sink və qurğuşun zavodlarının fəaliyyətinin dayandırılmasını tələb ediblər.
Sakinlərin bildirdiyinə görə, hər iki müəssisə ərtaf mühitə ziyan vurur, xüsusən də xərçəng başda olmaqla bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Zəncan valisinin zavodların bağlanmasını mümkün olmadığını söyləməsi etiraz aksiyasına toplaşanları qəzəbləndirib. Narazı kütlə ali dini rəhbər, Ayətullah Xamneyinin Zəncan nümayəndəsinin ofisinə hərəkət edib.
Aksyaşılar hər iki zavod bağlananadək etirazı davam etdirəcəklərini bildiriblər.

Elnarə
AzNews.az