- Köhnə - Region
- 12 Avqust 2013 10:56
- 2 844
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, enerji naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Aleksey Ulyukayev, "Rosoboroneksport"un baş direktoru Anatoli İsaykin, Rusiyanın Xəzər dənizi üzrə çoxtərəfli danışıqlardakı nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, "Rosneft" və "Lukoyl"un rəhbərləri İqor Seçin və Vahid Ələkbərov daxil olacaq.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, nümayəndə heyətini tərkibi ikitərəfli məsələlərə aid kompleks məsələlərin müzakirə olunacağını göstərir. O qeyd edib ki, avqustun 13-də Rusiyanın Xəzər donanmasının gəmiləri - "Dağıstan" və kiçik artilleriya gəmisi "Volqodonsk" da Bakıya dostluq səfəri edəcəklər.
AzNews.az