- Köhnə - Region
- 12 Avqust 2013 18:48
- 8 518
Usta 12 yaşlı oğlanı zorladı – Foto
Gün.Az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, azyaşlını zorlayan ustanın 24 yaşı var. Hadisə Türkiyədə baş verib.
Oğlan onunla eyni iş yerində "külüng vuran" F.Y. –nin əməlindən polisə xəbər verib. İnsidentlə bağlı araşdırmalara başlayan polis əməkdaşları cinayət işini Respublika Prokurorluğuna göndəriblər. Şikayətçi olan M.Ş. psixoloqun nəzarəti altında ifadə verib. O, başına gələnləri prokurorluğun əməkdaşlarına nəql edib.
"Məktəb xərclərimi ödəyə bilmək üçün iki həftə bundan əvvəl həmin iş yerində usta köməkçisi kimi işə başlamışam. F.Y. də avtomobil təmiri yerində ustalıq edir. Ötən bazar günü mən dostlarımla həyətdə oynayırdım. O məni çağırdı. Onun evinə getməli olduğumuzu bildirdi. Mən də elə bildim ki, onun evinə nəsə almaq və ya köməklik lazımdır.
Razılıq verdim. Ustanın evinə getdik. "İstədiklərimi edəcəksən" deyən F.Y. cibindən bıçaq çıxardı. İçkili idi, boynuma sarıldı, öpdü və əynimdəkiləri çıxardı. Sonra özü də soyunub məni yataq otağına apardı. Orada məni zorladı. Canımı çox acıtdı. Mənə dedi ki, kiməsə bir söz desəm, məni öldürəcək. Sonra paltarımı geyməyi əmr etdi. Sonra maşınla məni məhəlləmizə gətirdi".
Azyaşlının ifadəsi alınandan sonra polis şübhəli bilinən F.Y.-ni iş yerindəcə həbs edib. Ona qarşı irəli sürülən iddiaları qəbul etməyən usta məhkəmənin qərarına əsasən, həbs edilib.
AzNews.az