Türkiyənin Mədəniyyət Mərkəzi bağlandı

Türkiyə bazar ertəsi Livanın paytaxtı Beyrutda yerləşən Ticarət Nümayəndəliyini və Mədəniyyət Mərkəzini bağlayıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı xəbər yayıb.

Məlumatda bildirilir ki, rəsmi Ankara bu barədə müvafiq qərarı ötən həftənin cümə günü "Türk Hava Yolları" aviaşirkətinin iki pilotunun oğurlanmasından sonra verib.

Türkiyənin Livandakı səfiri İnan Özyıldızın sözlərinə görə, təhlükəsizliklə əlaqədar olaraq "Türk Hava Yolları" aviaşirkətinin nümayəndəliyi də şəhərin mərkəzindən Beyrut hava limanına köçürülüb.

Bu hadisədən sonra Türkiyə XİN ölkə vətəndaşlarına Livana səfər etməkdən çəkinməyi tövsiyə edib.

Xatırladaq ki, ötən həftənin cümə günü Livanın paytaxtı Beyrutda "Türk Hava Yolları" aviaşirkətinin iki pilotu oğurlanıb.

AzNews.az