Siyasətçilər Ruhani hökumətinin tərkibini bəyənmir

İranda islahatçı prezident Həsən Ruhani, açıqladığı nazirlər kabinetinin tərkibi ucbatından, parlamentdə çətin anlar yaşayıb.

Qatı mühafizəkar millət vəkilləri, prezidenti kabinetə yalnız Qərb yönümlü siyasətçiləri və ölkəni dini idarəçilik sisteminə qarşı üsyanı dəstəkləyən şəxsləri təyin etməkdə suçlayıb. Habelə prezident Ruhani, (mövqeyini dəyişməyərək) yeni höküməti əsas prioritetinin xarici dünya ilə İran arasında olan gərginliyi zəiflətməkdən və sanksiyalardan ağır zərbə almış iqtisadiyyatı yaxşılaşdırmaqdan ibarət olacağını deyib.

"Diplomatiya sahəsində, möhtərəm xalqımızın müstəqillik tələblərini əsas tutaraq, hazırkı problemləri aradan qaldırmağa, onlara son qoymağa çalışacağıq. Digər tərəfdən hazırkı resurs çatışmazlığını nəzərə alaraq, səmərəliliyi artırmaq niyyətindəyik".

İran parlamenti Ruhaninin 18 üzvlük nazirlər kabinetində hər bir nazir üçün ayrıca olaraq səs verməlidir. Ruhaninin əsas heyətinə, Kaliforniya, Vaşinqton və London kimi qərb şəhərlərində elmi dərəcəsi olan ictimai-siyasi xadimlər yer alır. Ruhani özü Şotlandiyanın Qlasqo Kaledoniya Universitetində maqistr təhsili alıb və bir müddət sonra elmi iş müdafiə edib.

Dünənki parlament sessiyasında, millət vəkilləri (yeni rəhbərliyin) İranda ruhanilərin idarə etdiyi sistemi devirməyə çalışdıqları fikrini irəli sürüb və onları 2009-cu ilin küçə etirazlarında əli olduqlarını bildirib. "Bir izah edin görək, (2009-cu ilin) qiyamını niyə bərpa etmək istəyirsiz. Yoxsa niyətiniz ölkədə "Ağ Çevriliş" həyata keçirməkdir"

Ruhani cavabında Qərbdə təhsil almış şəxsləri nazir təyin etməsini, onların İranda neft və bank sektoruna yönəlmiş ağır sanskiyaların fəsadlarını aradan qaldırmaq səriştəli olduqları və mövcud idarəçilikdə olan boşluqlarla əlaqələndirib. Digər mühafizəkar parlamentari Əhməd Ərdəstani yeni hökümətdə qocalara üstünlük verilməsini pisləyib və nazirlər kabinetində orta yaş həddinin 63 olduğunu deyib. İranlı prezident, mühafizəkarların iradlarına rəğmən, artıq ölkənin ekstrimizmdən cana gəldiyini, nüvə proqramı ucbatından İrana tətbiq olunan sanksiyalarla əlaqədar iqtisadi çətinliklərdən usandığını dilə gətirib. Ruhani yeni hökümətinin ən birinci prioritetinin, İranda infilasiyanı nəzarət altına qaytarmaq olacağını qeyd edib./anspress/

AzNews.az