- Köhnə - Region
- 13 Avqust 2013 08:45
- 1 878
Azərbaycanlı jurnalist həbs edildi
APA-nın AZOH-a istinadən məlumatına görə, avqustun 12-də səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAT) bir neçə mülki geyimli əməkdaşı Həmid Zare Məhəmmədinin atası evinə gediblər. Onlar məhkəmə hökmünü göstərərək mənzilə daxil olub və evdə axtarış aparıblar. Azərbaycanlı jurnalistə məxsus kompüter və bəzi şəxsi əşyalar müsadirə edilib, daha sonra əllərinə qandal vurulan H. Zare naməlum yerə aparılıb. Azərbaycanlı jurnalistin həbsinin səbəbləri barədə heç bir məlumat yoxdur. H. Zare dünən günortadan sonra evlərinə zəng vuraraq sağlıq durumunun yaxşı olduğunu bildirib.
AzNews.az