Sarkisyan 1 milyonluq konyak alıb


Ermənistan prezidenti Serj Sarkisyanın aparatı bu yaxınlarda 1 milyon dramlıq konyak alıb.

AzNews.az xəbər verir ki , bu barədə məlumatı erməni mətbuatı yayıb. Məlumata görə, Prezident Aparatı 20 illik "Nairi" konyakının hər şüşəsi üçün 18600 dram ödəyib. Ümumilikdə isə 53 butulka üçün 985 800 dram ödənilib. Bu isə o deməkdir ki, Prezident Aparatında hər ay orta hesabla 25 -30 litr konyak içilir. Mağazalarda isə bu konyakın hər şüşəsi 35 min drama satılır. Məlumata görə, Sarkisyan ancaq bu konyakdan içir və ziyafətlərdə də ancaq bu konyak süfrəyə qoyulur.

Elnur
Aznews.az