“Qarabağı itirsək, Ermənistanı itirəcəyik“

Slovakiya parlamentinin sədri Frantişek Mikloşko "Zaman işarələri" adlı kitabının təqdimatı keçirilib.

Anspress xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, tədbirdə Frantişek Mikloşko bəyan edib ki, Avropada xristian mədəniyyəti və dəyərləri ciddi bir təhlükə altındadır, Avropa bunları qorumalıdır: "Xristian mədəniyyətini xilas etmək üçün ilk addım forpost olan Qarabağdan başlanmalıdır, çünki Qarabağ xristianlarının Avropanın köməyinə ehtiyacı var. Qarabağı itirsək, Ermənistanı itirəcəyik, beləcə bütün Avropanın gələcəyi təhlükə altında qalacaq".

Bir müddət öncə Xarici İşlər Nazirliyi işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı Azərbaycan hökuməti tərəfindən "persona non grata" elan etdiyi şəxslərin "Qara siyahısı" nəşr olunub. Məlum siyahıda Slovakiya parlamentinin sədri Frantişek Mikloşkonun da adı var.


AzNews.az