İranlı nazirdən azərbaycanlılara böyük sayğısızlıq

İran prezidenti Həsən Ruhaninin yeni təyin etdiyi İslami İrşad naziri Əli Cənnəti parlamentdəki çıxışı ilə diqqətləri üzərinə cəlb edib.

Nazir öz çıxışında İrandakı milyonlarla azərbaycanlının hüquqlarını heçə sayaraq əsas proqramlarından birinin dünya farsdillilərini bir araya gətirmək olduğunu bildirib.

Nazir deyib ki, rəhbərlik etdiyi nazirliyin fəaliyyətinin əsasını dünya farsdilliləri arasında birlik yaratmaq təşkil edəcək: "İran farsların və farsdillilərin ölkəsidir. Mən İranın mənəviyyat və islamla zənginləşmiş imicini dünyaya çatdırmağa çalışacam. Fars dilini islam dünyasının ikinci dili kimi qoruyacağam. Çalışacam ki, farsdilliləri bir araya gətirəm və onların birliyini yaradam. Mənin fikrimcə, bu gün dünya islamın mesajını, fars şeir və ədəbiyyatını duymağa möhtacdır."

Elnarə
AzNews.az