Vladimir Putin Soçiyə girişi bağladı

Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin qış olimpiyası günlərində Soçi şəhərinə girişin məhdudlaşdırılması və qadağanı haqqında fərman imzalayıb.

ANS PRESS-in "BBC"yə istinadən verdiyi məlumata görə, bu fərman "2014-cü il yanvarın 7-dən martın 21-dək bələdiyyə kompleksi sayılan kurort şəhəri Soçiyə avtomobillərin girişini və bu ərazidə hərəkətini qadağan edir".

Fərmanın qadağanı yalnız dəmir yolu nəqliyyatını, Soçidə qeydiyyatda olan maşınları, təcili xidmət avtomaşınlarını və həmçinin akreditə olunmuş hərəkət vasitələrini istisna edir.

Bundan əlavə sənəddə olimpiada günlərində Soçi şəhərində Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar olmayan iclas, mitinq, nümayiş, yürüş və piketlərin keçirilməsi qadağan olunub.

AzNews.az