Nino Burcanadze: “Əgər prezident seçilərəmsə...“

"Mənim Azərbaycanla münasibətim həmişə xoş məramlı olub.

Azərbaycan hakimiyyəti ilə mənim çoxdan şəxsi kontaktım var. Hesab edirəm ki, Gürcüstan üçün Azərbaycanla mehriban qonşuluq və sıx münasibətlər lazımdır". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu APA-ya açıqlamasında prezidentliyə namizəd xanım Nino Burcanadze bildirib.

Onun sözlərinə görə, Gürcüstanla Azərbaycanın münasibətləri indi də yaxşıdır: "Bu münasibətlər xeyli dərin və intensiv ola bilər. Ümidvaram ki, əgər prezident seçilərəmsə, mənim Azərbaycan xalqı ilə, Azərbaycan hökuməti ilə və onun prezidenti ilə çox mehriban, çox dost, qarşılıqlı faydalı münasibətlərimiz olacaq və bu, Azərbaycan və Gürcüstanın xeyrinə olacaq".

N.Burcanadze həmçinin Gürcüstanın qatıldığı beynəlxalq əhəmiyyətli layihələrin icrası, o cümlədən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun tikintisi layihəsinə münasibət bildirib: "Bütün vacib layihələr doğrudan da layihədə maraqlı olan ölkələrin xeyrinə inkişaf etməlidir. Çünki bu layihələr həmin ölkələrin ərazisindən keçir. BTQ vacib layihədir və ümidvaram ki, düzgün idarə olunarsa, bu layihə həm Gürcüstana, həm də Azərbaycana xeyir gətirəcək".

AzNews.az