Ermənistan Avropa Birliyinə izahat verəcək

Ermənistan Gömrük İttifaqına daxil olması ilə bağlı Avropa Birliyinə izahat verəcək. Anspress-in news.am-a istinadən məlumatına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu məqsədlə sabah Brüsselə gedəcək.

Səfərdə Nalbandyan rəsmi İrəvan asosiativ üzvlə bağlı AB-i qarşısında götürdüyü öhdəliklər fonunda Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük İttifaqına daxil olmasını Brusseldə izah etməli olacaq.

AzNews.az