Türkiyədə nə qədər hərbçi var?

Türkiyə Silahlı Qüvvələrinin (SQ) hissələrində 347 general, 40 min zabit, 97,1 min çavuş və 369,5 min sıravi əsgər xidmət edir.

Bu barədə Trend cümə günü Türkiyə SQ Baş Qərargahının saytına istinadən məlumat verir.

Məlumata görə, generalların ümumi sayından 314-ü Mərkəzi Komandanlıqda, 32-si Jandarmeriyada, biri Sahil Xidmətində xidmət edir.

Türkiyə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Quru Qoşunlarında 33,5 min zabit və 72,9 min çavuş, Jandarmeriyada 5,8 min zabit və 22,8 min çavuş, Sahil Xidmətində isə 601 zabit və 405 çavuş xidmət edir.

Ehtiyat zabitlərə gəlincə, Türkiyə SQ-nin Mərkəzi Komandanlığında 4,2 min ehtiyat zabit, Jandarmeriya və Sahil Xidmətində isə müvafiq olaraq, 475 və 16 ehtiyat zabit xidmət edir.

AzNews.az