- Köhnə - Region
- 10 Sentyabr 2013 12:25
- 4 143
Türklərə qarşı daha bir erməni həyasızlığı
AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, Argentinada reallaşan səsvermənin keçirildiyi gecədən sonra bir detal bütün çılpaqlığı ilə ortaya çıxıb.
Ermənilərin Buenos Aires küçələrində olan reklam tablolarında Türkiyə və İstanbul əleyhinə şüarlar yerləşdirdiyi diqqət çəkib.
"İnsan haqlarını pozan bir ölkədə olimpiada keçirilə bilməz". Bu şüar sözün tam mənası ilə erməni lobbisinin çirkinliyini ortaya qoyub. Ermənilər bu afişaları Buenos Airesdəki prospektlərin müxtəlif yerlərinə asıblar. Beləcə, bu qaralama kampaniyası ilə olimpiadanın İstanbulda keçirilməsini əngəllənməyə çalışıblar. Bundan başqa ermənilər Buenos Airesdə 2020 olimpiadalarına ev sahibliyi edəcək şəhərin seçilməsinə saatlar qalmış çirkin niyyətlərini davam etdiriblər. 500 nəfərlik bir qrup Türkiyəni soyqırım edən ölkə kimi tanıdan şüarlar səsləndiriblər.
Elman
AzNews.az