- Köhnə - Region
- 11 Sentyabr 2013 09:33
- 9 465
Sərhədlərin demarkasiyası nə vaxt başlayacaq? - Açıqlama
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin MDB üzvü olan sərhədyanı ölkələrlə dövlət sərhədlərinin demarkasiyası və delimitasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov deyib. O bildirib ki, bu yaxınlarda Azərbaycan nümayəndə heyəti Moskvada olub və demarkasiya məsələsi müzakirə edilib: "Müzakirələr uğurla gedir. Düşünürəm ki, gələn il yerində konkret işə başlaya bilərik. Bilmək vacibdir ki, demarkasiya başlayarkən böyük miqdarda sənəd üzərində iş gedir və bu, müəyyən vaxt aparır".
Xatırladaq ki, Azərbaycan və Rusiya 2010-cu ildə dövlət sərhədlərinin delimitasiyasını başa çatdırıb. Bundan sonra demarkasiya prosesi başlayıb.
AzNews.az