- Köhnə - Region
- 11 Sentyabr 2013 13:53
- 2 122
Miqrantların üçün mərkəzlər hazırlanır
Həmçinin paytaxtdakı Dmitrov yolunun üstündəki müvəqqəti saxlama mərkəzində yerlərin sayı iki dəfə artırılacaq. 800 yerlik mərkəzin genişləndirilməsi nəzərdə tutulur. Federal Miqrasiya Xidmətindən isə bildiriblər ki, müvəqqəti saxlama mərkəzlərində müxtəlif dini inanclı insanlar üçün ayrıca yerlər ayrılacaq.
Hazırda Moskvada saxlanılan (polis tərəfdən-red) əcnəbilər arasında müsəlmanlar, büddistlər və s. inanclı adamlar var ki, FMX hər qrup dini inanclı insanlar üçün ayrıca mərkəzlər yaradacaq.
Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanlarının apardığı reydlər nəticəsində Moskva bazarlarında işləyən minlərlə əcnəbi saxlanılıb. Əcnəbilər əvvəlcə uşaq yay düşərgəsində saxlanılsa da, düşərgənin yararsız vəziyyətə düşməsi FMX-ni hərəkətə keçirib.(anspress)
AzNews.az