Ermənistanın baş prokuroru istefa verdi

Ermənistan baş prokuroru Aqvan Ovsepyan istefa verib. Aqvan Ovsepyan istefa verərkən jurnalistlərin qarşısında xüsusi jest edib.

O, jurnalistlərin qarşısında prokurorluq işçilərinin hamısı ilə bir-bir görüşüb. Bundan başqa, baş prokuror Prokurorluğun binasından çıxarkən qapını öpüb. Aqvan Ovsepyan buradan xoş xatirələrlə ayrıldığını bildirib.

"Bu sistemdə 40 ildir çalışıram. Bunun 15 ilini prokurorluq orqanlarına rəhbərlik etmişəm. Bu illər ərzində əlimdən gələni etmişəm ki, bu sistem inkişaf etsin", - söyləyən Aqvan Ovsepyan kövrəlib.(anspress)

AzNews.az