Xankəndi aeroportu 15 günə işə düşəcək?

15 gündən sonra separatçı rejimin əldə elədiyi təyyarələr Xankəndi hava limanından uçuşlar həyata keçirmək üçün texniki baxımdan tam hazır olacaq. Musavat.com "Aykakan jamanak" qəzetinə istinadən xəbər verir ki, bunu qondarma qurumun mülki aviasiya idarəsinin "rəisi" Dmitri Atbaşyan deyib.

Onun sözlərinə görə, aeroport uçuşları qəbul eləməyə də çoxdan hazırdır. Atabaşyan aeroportun hazırda texniki səviyyə ilə bağlı yoxlanışdan keçdiyini söyləyib. "Bəs bütün bu hazırlıqlar o deməkdirmi ki, aeroport 15 günə işə düşəcək" sualına Atbaşyan "mən yalnız texniki məsələlərə cavabdehəm" deməklə kifayətlənib.



Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, aeroportdan qanunsuz hava uçuşları həyata keçiriləcəyi halda təyyarələr zərərsizləşdiriləcək.

AzNews.az