Avropa Parlamentində Güney Azərbaycanla bağlı bir ilk

Bu gün Brusseldə Avropa Parlamentində Avropa Birliyinin millət vəkillərinin iştirakı ilə "İranda millətlərin durumu və Urmiya gölünün qurudulması" mövzusu müzakirə ediləcək.

Beləliklə Avropa Parlamentinin tarixində ilk dəfə Güney azərbaycanlılar avropalı millət vəkillərinin qarşısında Güney Azərbaycan barədə məruzə ilə çıxış edəcək.

İclasda Avropa Parlamentinin İnsan Haqları Komissiyasının başqanı Barbara Loach Bihler, AP İran üzrə komissiyasının sədri Taria Kronberq və Ketrin Eştonun nümayəndəsi, Avropa Parlamentinin xarici siyasət üzrə təmsilçisi, Beynəlxalq Əfv Təşkilatı, UNPO –nun nümayəndələri iştirak edəcək.

İclasa İranda yaşayan digər millətlərin - ərəb, bəluc və kürdləri təmsil edən təşkilatların nümayəndələri də qatılacaq.

Güney Azərbaycan nümayəndə heyətinə GADP sözçüsü Mahmud Bilgin, AZOH sözçüsü Əmir Mərdani və Güney azərbaycanlı qadın fəal Ayda Kərimli daxildir.

Toplantı Avropa Parlamentinin veb səhifəsindən canlı yayınlanacaq.

Elnarə
AzNews.az