Həsən Ruhani İsrailə müraciət etdi

İran prezidenti Həsən Ruhani İsraili nüvə silahlarının yayılmasını qadağan edən beynəlxalq müqavilələrə qoşulmağa çağırıb. Ruhani BMT-nin iclasında çıxışı zamanı yəhudi dövlətini bu mövqeyinə görə təndiq edib. Onun sözlərinə görə, İsrailin bu siyasəti regionda nüvə təhlükəsini aradan qaldırmağa mane olur.

"Artıq 40 ilə yaxındır ki, beynəlxalq ictimaiyyətin Yaxın Şərqdə təhlükəsiz zona yaratmaq cəhdləri uğursuzluqla nəticələnir. İsrail dərhal nüvə silahlarının yayılmamasına dair müqaviləyə qoşulmalıdır. Nüvə silahları olduqca, onun istifadəsi təhlükəsi də heç vaxt sovuşmayacaq. Bu məsələnin yeganə həlli isə onların hamısının məhv edilməsidir" – deyə : İran prezidenti Həsən Ruhani vurğulayıb.

Qeyd edək ki, İsrail Yaxın Şərqdə, 1979-cu ildə imzalanmış nüvə silahlarının yayılmamasına dair müqaviləyə qoşulmayan yeganə dövlətdir.(anspress)

AzNews.az