“Ombudsman Pələngovun işini öz üzərinə götürüb”

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya açıqlamasında Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin əməkdaşı Luiza Poqosyan avqustun 17-də erməni sərhədçiləri tərəfindən həbs olunan Allahverdi Pələngovun vəziyyəti barədə məlumat verərkən bildirib.

L. Poqosyan bildirib ki, artıq iki həftədir ki, Ermənistan Ombudsmanı Pələngovun işini öz üzərinə götürüb: "Artıq bu məsələdən iki həftəyədək vaxt keçib. Bütün dünyada Ombudsman aparatı bürokratik bir qurumdur. Təşkilatımızın rəhbəri Georgi Vanyan Allahverdi Pələngovla görüşmək üçün artıq 4 məktub yazıb və Pələngovun ailəsində olub. Biz Ermənistan hakimiyyətinə təsir etməyə cəhd edirik. Eyni zamanda Gürcüstan hakimiyyəti də öz rıçaqlarından istifadə edib, Ermənistan rəhbərliyinə təsir etməklə qısa müddətdə Pələngovun işini araşdırmağa kömək etməlidir. Artıq bu istintaq çox uzanır. Buna görə də biz dövlət maşınına necə təsir göstərmək lazım olduğunu bilmirik. Bu problem sərhəd xəttində yaşayan sakinlərə aydın olmalıdır. Belə çıxır ki, Cənubi Qafqazda qonşulara nisbətən avropalılar çox müdafiə olunurlar, nəinki qonşular. Bu yaxşı cəhət deyil. Biz keçmiş dostluqdan dəm vururuq. Gürcüstan-Ermənistan dostluğundan danışırıq və sevinirik ki, müharibə olmasın. Əgər Gürcüstan vətəndaşı Ermənistanda kifayət qədər müdafiə olunmursa, bu çox pis xəbərdir. Amerikalı, ispaniyalı yaxşı müdafiə olunur. İndi ən başlıcası, Pələngovun daha tez ailəsinə qayıtması vacibdir. Təəssüf ki, bu məsələ siyasiləşdirilib. Bundan əvvəl də belə hadisələr olmuşdu, lakin indi bu hadisə əks-səda verib. Biz indi çalışırıq ki, bir insanın həyatı kart paylanması oyununa bənzəməsin".

Hüquq müdafiəçisi L. Poqosyan Ermənistan ombudsmanının gec-tez onların göndərdiyi rəsmi məktublara cavab verəcəyini deyib: "O, gec-tez cavab verəcək. Hansı cavab verəcəyini isə bilmirik".

AzNews.az