Qazaxıstanda homoseksualizmə qadağa


Qazaxıstanda homoseksualizm qadağan edilə bilər. Bu məsələ gündəmə deputat Baxıtbek Smaqulun çıxışından sonra gəlib. Deputat çıxışında bildirib ki, seksual arientasiyası fərqli olan şəxs vətəni müdafiə edə bilməz.

Homoseksualizmin ailə təməlini sarsıtdığını deyən deputat homoseksualların Qazaxıstanın imicinə zərbə vurduğunu qeyd edib.
Ölkəsinin strateji cəhətdən mühüm mövqedə yerləşdiyini bildirən deputat bütün bunları nəzərə alaraq homoseksualizmin qadağan edilməsi təklifini səsləndirib.

Elnur
AzNews.az