Ruhani İranda sosial mediyanın müstəqil olacağını bildirib

İranın dövlət başçısı Həsən Ruhani "Twitter"in qurucusuna "tvit" atıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ruhani "Twitter" in yaradıcısına İranda sosial mediyanın yaxın zamanda müstəqil olacağını söyləyib.

Dorsey "Twitter" də Ruhaniyə: "Gecəniz xeyir, Prezident, İran xalqı "tvit"lərinizi oxuya bilir?"-deyə sual verib. Ruhani Dorseyə "Twitter" də cavab verib və bu "tvit"i atıb: "Axşamınız xeyir Cek.Kristian Amapura bildirdiyim kimi, vətəndaşlarımın ən böyük haqqı olan qlobal bilgini rahatlıqla əldə etmələri üçün çalışırıq".

Qeyd edək ki, keçmiş İran lideri Mahmud Əhmədinejata qarşı edilən nümayişlərdə sosial mediyanın gücünü görən İran hakimiyyəti, sosial mediaya qadağa qoymuşdu.

AzNews.az