Hindistanda ağır yol qəzası: 28 nəfər öldü

Hindistanda baş verən dəhşətli yol qəzası nəticəsində 28 nəfər, o cümlədən 13 uşaq həlak olub.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, qəza 20 nəfərin də yaralanmasına səbəb olub.

Hadisə Assam ştatında, Quvaxati şəhərinin 150 km-liyində baş verib. Yük maşını iki mikroavtobusla toqquşub. Sərnişinlər arasında kərpic zavodunun fəhlələri və onların uşaqları da olub.

AzNews.az