Məşhur müğənni xəstəliyə tutuldu- Foto

Türkiyənin populyar müğənnisinə nə oldu?

Tanınmış sənətçi Sezen Aksu öncəki gün paparassilər tərəfindən görüntülənib.

Günorta vaxtı bir dostugilə qonaq gedən müğənni çıxışda jurnalistlərin olduğunu öyrənərək bir az daha qalmağa qərar verib.

İki saat sonra olduğu yerdən ayrılmaq istəyən müğənni iri addımlarla maşını tərəfə gedərkən fotoşəkilləri çəkilib.

Jurnalistlərin suallarına cavab verməyən müğənni üzünü saçları ilə örtməyə çalışıb. Fotoçəkiliş zamanı Sezen Aksunun üzündə və əllərində böyük ləkələrin yarandığı məlum olub.

Müğənni ləkələrin necə yarandığını və yaxud hansı xəstəliyin əlaməti olduğunu açıqlamayıb.(milli.az)

AzNews.az
image description