Kasparov prezidentlik iddiasındadır

Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov bu gün elan edib ki, gələn il FİDE prezidentliyinə namizədliyini verəcək.

ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Kasparov öz "Twitter" səhifəsində yazıb. "Mən şahmatı İlümjinovdan xilas etmək istəyirəm. Əgər mən FİDE prezidenti seçilərəmsə bu, baş tutacaq. FİDE təhsil sistemində şahmatın gələcəyi barədə düşünməlidir. Kirsan Səddamla, Kəddafi, Əsədlə görüşüb. Bu, şahmatın hörməti üçün dəhşətdir",- deyə Kasparov vurğulayıb.

Yada salaq ki, İlümjinov 1995-ci ildən FİDE prezidentidir və yenidən bu vəzifəyə seçilmək istəyir.


AzNews.az