Edam vaxtı partlayış: 28 yaralı

İranda edam zamanı məhkum kişinin qohumları buna maneə olmaq üçün qumbara partladıblar. Nəticədə 28 nəfər yaralanıb. Onların arasında müəssisə və polis əməkdaşları, edama baxmaq üçün gələn tamaşaçılar olub. Musavat.com-un məlumatına görə, bu barədə France-Presse agentliyi xəbər yayıb.

İnsident İranın qərbindəki İlam şəhərinin türməsinin önündə baş verib. Bildirilir ki, qohumlar bununla edamı dayandırmağa ümid edirmişlər. Lakin buna nail ola bilməyiblər. Hücum edənlər ikinci qumbaranı işə salmamış həbs olunublar. Bundan sonra onların qohumunu – qətlə görə mühakimə edilən kişi asılıb.

Qeyd edək ki, ötən il İranda 500 nəfər edam edilib. Bu cəza əsasən qətllərə, adam oğurluğuna, narkotik ticarətçiliyinə, insanlıq əleyhinə əməllərə görə verilir.

AzNews.az