Putin qubernatorlara diaspora ilə bağlı tapşırıq verdi

Rusiya prezidenti Vladimir Putin yerli icra orqanlarının rəhbərləri, qubernator, mer, eləcə də təhsil idarələrinin müdirləri ilə görüşüb.

AzNews.az-ın məlumatına görə, Kremlin böyük şəhərlərin merləri üçün təşkil etdiyi seminarın ilk günündə çıxış edən prezident şəhər rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. Çıxışında şəhər rəhbərlərinə idarəetmənin əsasları barədə danışan prezident onları əhalinin sosial problemləri ilə daha yaxından maraqlanmağa çağırıb. Xüsusilə son zamanlar ölkədə milli zəmində ortaya çıxan problemlərə toxunan prezident diaspor təşkilatları ilə sıx əməkdaşlığa üstünlük verilməsinin vacibliyini diqqətə çatdırıb.

Elnarə
AzNews.az