Sərhəddə 4 terrorçu öldürüldü

İran sərhədçiləri ilə Pakistandan İranın Sistan və Bəluçistan əyalətinin Mir Cavə şəhərinə girmək istəyən bir qrup terrorçu qruplaşma arasında atışma baş verib. Bu barədə Sistan və Bəluçistan əyalətinin sərhəd komandirinin müavini general Həbibullah Mərdanpur məlumat verib.

Trend xəbər verir ki, Mərdanpur deyib ki, atışma nəticəsində 4 terrorçu öldürülüb, 3 nəfər isə yaralanıb.

Qeyd edək ki, oktyabrın 26-da İran sərhədçiləri ilə Pakistandan İranın Sistan və Bəluçistan əyalətinin cənub-şərqində yerləşən Saravan şəhərinə girmək istəyən bir qrup silahlı şəxs arasında da atışma baş vermişdi. Nəticədə İranın 17 sərhədçisi həlak olmuş, İran sərhəd polisinin 5 əməkdaşı yaralanmışdı. Bundan başqa, 4 sərhəd polisi də terrorçu qruplaşmalar tərəfindən əsir götürülmüşdü.

"Fars" agentliyinin məlumatına görə, həmin silahlı insident İrana qarşı olan terrorçu qruplaşmalar tərəfindən törədilmişdi.

AzNews.az