Moskvada bazardan qaçan azərbaycanlıları itlər yaxaladı

Rusiya paytaxtındakı "Moskva" ticarət mərkəzində qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib.


Şəhərin cənub-şərqində yerləşən ticarət mərkəzində keçirilən xüsusi əməliyyatda 1000-ə yaxın şəxs saxlanılıb. Onların sənədlərini qaydasında olmadığı bildirilir.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyat zamanı orda alver edənlər mallarını da ataraq qaçıblar. Qaçanların saxlanılmasında polis xüsusi təlim görmüş itlərdən istifadə edib. Polis itlərin köməyi ilə miqrantların ərazini tərk etməsinə imkan verməyib.

Məlumatlara görə, saxlanılan hər 10 nəfərdən birinin Rusiya ərazisində qalmaq üçün sənədləri qaydasında olmayıb. Aralarında azərbaycanlıların da olduğu 96 nəfərin sənədləri ümumiyyətlə olmayıb.

Onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı Əfqanıstan, Tacikistan, Vyetnam, Özbəkistan vətəndaşları da var. Həmin 96 nəfər istisna olmaqla digərlərinin sərbəst buraxıldığı bildirilir.

Elnarə
AzNews.az