Rusiya Dövlət Dumasında yumruq davası

Bu gün Rusiya Dövlət Dumasında "Vahid Rusiya" fraksiyasının deputatları arasında yumruq davası düşüb.
ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, Çeçenistandan olan deputat Adam Delimxanov fraksiyanın digər üzvü Aleksey Juravlevin başından yumruqla vurub. Dava zamanı çeçen deputatın cibindən qızıl tapançası düşüb. Bundan sonra Aleksey Juravlev geri çəkilməli olub.

Juravlevin mətbuat katibinin sözlərinə görə, hadisəyə səbəb Juravlevin XIX əsrdə ruslara qarşı döyüşmüş çeçen qızlarına Qudermesdə abidə qoyulmasının qanuniliyi barədə deputat sorğusu qaldırması olub. Onun "Twitter"də paylaşdığı paylaşdığı bir qeyd də çeçen deputatın xoşuna gəlməyib. Həmin qeydində Juravlev Çeçenistanda xüsusi təyinatlıların keçmiş "Alfa" qrupunun əməkdaşları tərəfindən hazırlanmasının qanuniliyinə də şübhə edib.

Hadisədən sonra parlamentə təcili yardım maşını gəlib və Juravlevin yaralarına dərman qoyub. Hazırda yaralı deputat elə də yaxşı görsənmədiyini bildirir.


AzNews.az