- Köhnə - Region
- 5 Dekabr 2013 08:17
- 1 379
“Berkut” döyüşçülərinə 500 dollar verilib: aksiyanı dağıtdıqları üçün

AzNews.az xəbər verir ki, sürücülər qəza siqnallarının işə salıb eyni zamanda siqnal verirlər.
Sürücülərin etirazı "Avromeydan"a toplaşanlara qarşı "Berkut" xüsusi təyinatlılarının zor tətbiq etməsi olub.
Bu arada bəzi məlumatlara görə, "Berkut" döyüşçülərinə meydandakı hərəkətlərinə görə 500 dollar verilib.
Müxalifətin Raddakı "Azadlıq" fraksiyasının "Avromeydan"a hücum ediləcəyi barədə məlumat yayıb. Deputat Oleq Osuxovskinin sözlərinə görə, Marinski parkındakı çadırlarda gecələyən aksiyaçılara qarşı təxribat gözlənilir.
Bu ssenarinin sivil geyimdəki xüsusi təyinatlılar tərəfindən törədiləcəyi vurğulanıb.
Elnarə
AzNews.az