Timoşenkonun ofisinə polis basqını


Ukraynanın paytaxtı Kiyevdə davam edən aksiyalara görə çevik polis qüvvələri keçmiş Baş nazir Yulya Timoşenkonun lideri olduğu partiyanın ofisinə hücum edib.

"Avropa Meydanı"na yaxın olan Padol bölgəsindəki Turovskaya küçəsində yerləşən ofisə basqın edən polisin binaya daxil olduğu, giriş- çıxışa icazə vermədiyi bildirilir.

Polisin basqın etdiyini öyrənən partiya üzvləri və nümayişçilər ofisin qarşısına toplaşıblar. Partiyadan olan millət vəkili Ruslan Lukyançuk bəzi əməkdaşların ofisi tərk etməsinə nail olub.

Elman
AzNews.az