Putindən Ukraynadakı hadisələrə sərt REAKSİYA

Rusiya prezidenti Vladimir Putin Kiyevdəki "Azadlıq meydanı"nda baş verənlərə münasibət bildirib. AzNews.az-ın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında "Moskvadakı "Qızıl meydanda" Kiyevdəki "Maydan"dakı hadisələr baş versəydi, sizin hökumət hansı addımı atardı" sualını cavablandıran V. Putin deyib ki, o Rusiya qanunvericiliyin tələblərinə uyğun hərəkət edərdi: "Dövlət qurumlarının birbaşa vəzifəsi asayişi qorumaqdır. Əks təqdirdə ölkədə xaos yarana bilər. Əlbəttə hər bir şəxs öz haqlarını tələb edə bilər. Ancaq bu qanun çərçivəsində, asayişin və qanunların pozulmaması şəklində həyata keçirilməlidir. Əgər bu tələb və etirazlar qanunun tələb və çərçivəsindən kənara çıxırsa, dövlət bunu qaydaya salmalıdır. Çünki baş verənlər dövlətə və dövlətçiliyə xələl gətirə bilər".

V. Putin qeyd edib ki, rusiyalıların böyük hissəsinin Ukraynaya münasibəti yaxşıdır: "Əlbəttə bizdə də millətçilik ab-havasında yaşayan insanlar var. Deyirlər ki, biz Ukraynadan Avropa arzusunu oğurlayırıq. Biz bu məsələ ilə bağlı heç bir bağlılığımız yoxdur".

Rusiya prezidenti Avropa İttifaqının Ukraynaya təqdim etdiyi sənədi oxumağı da məsləhət görüb: "Niyə, hakimiyyətə gəlmək üçün mübarizə aparan Ukrayna müxalifəti daim Avropa yanaşması nümayiş etdirir? Avropa İttifaqının assosativ sazişində nə yazıldığını kim oxuyub? Orada nə yazılıb – bazar açmaq, Avropa qaydalarının tətbiq edilməsi. Bəs sənaye, kənd təsərrüfatı necə olacaq? Biz Ukraynanı heç hara daşımırıq. Bizim azad ticarət zonamız var. Əgər Ukrayna həmin sənədi imzalasa, arzularımızı reallaşdıra bilərik".

O əlavə edib ki, Ukrayna ilə əməkdaşlığa davam edəcəklər.

AzNews.az