- Köhnə - Region
- 20 Dekabr 2013 12:53
- 3 461
İqtisadiyyat naziri 105 milyon lirə rüşvət alıb - İDDİA
Türkiyədə keçirilən genişmiqyaslı əməliyyatda külli miqdarda rüşvət verilən nazirin kimliyi ilə bağlı ididalar ortaya atılıb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində edilən texniki araşdırma zamanı rüşvət siyahısı ələ keçirilib.
Ödənişlərin tarix , saat və kuryer məlumatları ilə birlikdə not edilən siyahının zirvəsində bir nazirin adı yer alır. Nazirə ödənilən ümumi rüşvətin miqdarı isə 105 milyon lirə olaraq göstərilir. Siyahıda bu məbləğin İqtisadiyyat naziri Zəfər Çağlayana verildiyi qeyd edilib .
Vəziyyətdən xəbərdar olan nazir siyahını gördükdən sonra özünü müdafiə edəcək reaksiya göstərməsinin ardından yeni bir fakt ortaya çıxıb. Eyni nazirin adı 19 mart 2012 və 10 aprel 2013 tarixləri arasında edilən ödənişlərin tarix , saat və kuryer məlumatları ilə birlikdə qeydə alınan siyahılarda da yer alır. Nazirə pul olaraq, dollar, avro, TL təslim edildiyi, lüks saat və ləl-cəvahiratların verildiyi də istintaq zamanı ortaya çıxarılan məlumatlar arasındadır.
İstintaq sənədlərində Reza Zerrabın xaricdən etdiyi qanunsuz pul transferinə bir nazirin göz yumması və əməliyyatlara icazə verməsi müqabilində gətirilən miqdarın yüzdə 0,4-0,5 nisbətinin rüşvət olaraq alındığı iddia edilir.
Rüşvətin bir qisminin İstanbuldan, nəğd olaraq , Məhəmmədsadiq Rastqar, Əhməd Murat Öziş və ya Umut Bayraktar tərəfindən Ankaraya aparılaraq nazirin oğlu SKC . –yə təslim edildiyi də məlumatlar arasındadır .
Nazirə verilən rüşvətin miqdarı isə otuz iki milyon avro , altı milyon yeddi yüz min dollar, üç milyon dörd yüz min türk lirəsi, üç yüz min İsveçrə frankı olub.
Elman
AzNews.az