- Köhnə - Region
- 20 Dekabr 2013 20:07
- 4 946
Nazir oğlanları və Rza Zərrab barədə həbs tələbi
Musavat.com Haberturk.com-a istinadən xəbər verir ki, gün boyu davam edən prokurorluq sorğusunun sonunda ilk həbs tələbi Daxili işlər naziri Muammer Gülərin oğlu Barış Gülər, İqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Saleh Kaan Çağlayan, "Halkbank" Baş direktoru Süleyman Aslan və iş adamları Rza Zərrabın da aralarında olduğu 14 şübhəli üçün istənildi.
Qaçaqçılıq, kirli sərmayə yuma və rüşvət günahlandırmasından prokuror Cəlal Kara tərəfindən sorğulanan şübhəlilər, həbs tələbiylə növbətçi 25-ci Sülh Cəza Məhkəməsinə sövq edildi. Prokurorluq sorğularının ardından 7 şübhəli sərbəst buraxdı.
Barış Gülər, Saleh Kaan Çağlayan, Xalq Bankı baş direktoru Süleyman Aslan və İşadamları Rza Zərrabın da aralarında olduğu 14 şübhəli üçün istənilən həbs tələbinə 4 prokuror da imza atdı.
İstanbul Cümhuriyyət baş prokuror vəkili Zəkəriyyə Özün koordinatorluğunda Cəlal Kara və Mehmet Üzgəci tərəfindən icra edilən istintaqa əməliyyatın ardından Əkrəm AYDINER və Mustafa Erol da vəzifələndirilmişdi. Sorğuya qatılan 4 prokuror da şübhəlilərin tutuqlanmalarını istəyərək, növbətçi məhkəməyə sövq etdi.
AzNews.az