- Köhnə - Region
- 20 Dekabr 2013 20:48
- 1 310
Hacı Maxaçev doğulduğu kənddə dəfn ediləcək

AzNews.az Dağıstan mətbuatına istinadən xəbər verir ki, 21 dekabrda içərisində Hacı Maxaçevin nəşi olan təyyarə Dağıstan aeroportunda enib. Buradan onun bədəni Maxaçkaladakı evinə aparılıb. Dəfn sabah, 22 dekabrda onun doğma kəndi Burtunayda olacaq.
Xəbər verdiyimiz kimi, 19 dekabr, gecə içərisində ailəsinin də olduğu Maxaçevin özünün idarə etdiyi Mersedes ML cip avtomobili Moskvanın Kutuzov prospekti ilə vilayət istiqamətində hərəkət edərkən idarə etməni itirib və yolun əks hərəkət hissəsinə keçib. Avtomobil plastik yolətrafı hasarlara çırpılaraq bir neçə minik avtomobilini əzərək qarşıdan gələn Chevrolet Express mikroavtobusu ilə kəllə - kəlləyə toqquşub. Mikroavtobusun baqajında qaz balonu olub. Partlayış baş verib və zərbə avtomobilləri kənara tullayıb.
Nəticədə mikroavtobusdakı 2 nəfər yerindəcə keçinib. Hacı Muxaçev Təcili yardım maşınında ölüb. Onun həyat yoldaşı və uşaqları ağır yaralansalar da yaşayırlar.
Əli
AzNews.az


