Miqrantlar imtahan verəcəklər



AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Dövlət Duması miqrantlar barəsində yeni qanun layihəsi qəbul edib. 3 dəfə müzakirəyə çıxarılan bu qanun layihəsini işləyənlər ölkəyə daxil olan əcnəbilərin əsasən savadlı təbəqəyə daxil olmalarını və dövlətin atributlarına, xüsusilə rus dilinə, yaşayacaqları ölkənin tarixinə bələd olmalarının zəruriliyini əsas gəıtiriblər.
Yeni qanuna görə əcnəbilər müvəqqəti yasamağa, ölkədə qalmağa, işə və patentə görə icazə almaq üçün 2015 - ci il yanvarın 1 - dən etibarən rus tarixi, rus dili və qanunvericilikdən imtahan verməli olacaqlar. Bu imtahanlardan keçənlərə sertifikat veriləcəık. Bundan başqa 1991 - ci il sentyabr ayının 1 - nə qədər SSRİ təhsil sisteminin atestat və diplomlarını təqdim edənlər sertifikat almadan da imtiyazlara malik olacaqlar.
Alınmış sənədlər və xüsusi icazənaməlr 5 il müddətində keçərli olacaq.


Əli
AzNews.az