Saxlanılan nazir oğullarından biri azadlığa buraxıldı

AzNews.az xəbər verir ki, Türkiyədə saxlanılan iş adamlarından daha biri sərbəst buraxılıb.

Yerli mətbuat bildirir ki, 17 dekabrda iqtisadiyyat naziri Zəfər Çağlayan və daxili işlər naziri Müəmmər Gülərin oğlu ilə birlikdə həbs edilən ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Oğuz Bayraktar artıq azadlıqdadır.

Qeyd edək ki, sərbəst buraxılan nazir oğlu Oğuz Bayraktar azad edilən 14 nəfərlik qrupun tərkibində olub.

AzNews.az