- Köhnə - Region
- 23 Dekabr 2013 12:44
- 3 365
Putinin tutdurduğu musiqiçilərdən biri azadlıqda
Rusiya prezidenti Vladimir Putinə qarşı müxalif çıxışlar edən "Pussy Riot" musiqi qrupunun üzvlərindən biri azadlığa buraxılıb.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, bu gün musiqi qrupunun solisti Mariya Alexina sərbəst buraxılıb.
M. Alexinanın vəkili jurnalsitlərə xəbəri təsdiqləyib və hələlik onun özü ilə əlaqə saxlaya bilmədiyini deyib. Vəlik bildirib ki, qrupun digər saxlanılan üzvü Nadejda Toloknnikova isə hələ həbsdədir. O, N. Toloknnikovanın da yaxın vaxtlarda sərbəst buraxılacağına ümid etdiyini deyib.
M’lumat da o da qeyd edilib ki, qrupun hər iki üzvü 2012-ci ilin martında Rusiya Cinayət Məcəlləsinin xuliqanlıq və dini zəmində təfriqəçiliyə çağırmaq maddələri ilə ittiham edilərək, həbs olunublar.
Musiqiçilər "Bloqorodiça, Putina proqoni" mahnısını ifa etdiklərinə görə, 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
AzNews.az