Kalaşnikov vəfat etdi


AzNews.az RİA Novosti - yə istinadən xəbər verir ki, 17 noyabrdan reanimasiyada olan döyüş silahlarının əfsanəvi konstruktoru Mixail Kalaşnikov Udmurtiyanın kliniki - diaqnostik mərkəzində həyatının 94 - cü ilində vəfat edib.
Mixail Kalaşnikov nə ilə yadda qalıb
Mixail Timofeeviç Kalaşnikov 1919 - cu il 10 noyabrda Altay vilayətinin Kurya kəndində çoxuşaqlı kəndli ailəsində anadan olub. Atası Timofey və anası Aleksandra Kuban əsilli olublar. 1930 - cu ildə Timofey Kalaşnikovun ailəsi kulak adlandırılaraq Altay vilayətinin Nijnaya Moxovaya qəsəbəsinə sürgün olunublar.
Kalaşnikov əsgəri xitmət illərində artıq ixtiraçı və yenilikçi kimi tanınmağa başlayır. 1914 - cü ildə yaralandıqdan sonra Kalaşnikov Qızıl Ordu üçün tapança - pulemyot silahın layihəsi üstündə işləməyə başlayır.
Kalaşnikovun konstruktor bürosunda 100 - lərlə həbi - atıcılıq silahlarının nümunələri hazırlanıb.
Məşhur Kalaşnikov avtomat silahı demək olar ki, dünyanın bütün ölkələrinin döyüş texnikasının tərkibinə daxil olub.

Əli
AzNews.az